Foto 23:33 17.06.2018

Bərdədə əməliyyat: 1,2 ton çətənə kolu aşkar edildi (FOTOLAR)

Bərdə rayonunda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkumluğu olan rayon sakini Bəxtiyar Əliyev tutulub.

Onun üzərinə və avtomobilinə baxış keçirilən zaman 57.05 qram heroin və 1.44 qram tiryək aşkar edilərək götürülüb.

Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Lənbəran kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Əraziyə baxış zamanı oradan ümumi çəkisi 1 ton 200 kiloqram olan 1422 ədəd çətənə kolu aşkar edilərək yandırılıb.

Hər iki faktla bağla araşdırma aparılır.