Ölkə 19:05 10.10.2019

Bərdədə içərisində insan skeleti olan küp tapıldı

Bərdə rayonunda içərisində insan skeleti olan küp tapılıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb.

Həmin kənddə yaşayan Rizvan Qarayev evinin həyətində quyu qazan zaman dərinliyi 3 metr, diametri isə 150 santimetr olan küp tapıb.

Küpə baxış zamanı insan skeleti aşkar edilib.