Foto 23:54 22.07.2019

Bərdədə iki oğlan uşağı xəstəxanaya atılıb (FOTO)

Bərdə rayonunda iki azyaşlı uşaq nənəsi və babası tərəfindən xəstəxanaya atılıb.

Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, rayon uşaq xəstəxanasına atılan uşaqların birinin 10 yaşı var, digəri isə 5 aylıqdır.

Hər iki körpənin oğlan uşağı olduğu bildirilib. Hadisədən xəbər tutan həkimlər uşaqları palataya yerləşdiriblər.

Hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat verilib.

İlkin məlumata görə, uşaqları nənə və baba xəstəxanaya atıb.