Dünya 13:05 19.06.2018

Bərə qəzaya uğradı: 100-dən çox insan batdı

İndoneziyanın Toba gölündə bərə batıb.

Qaynarinfo CBS News-a istinadən xəbər verir ki, bərədə təxminən 130 nəfərin olduğu iddia edilir, onlardan 18-i xilas edilib, 1 nəfərin ölümü və 49 nəfərin itkin düşməyi təsdiqlənib. 

Bərədə rəsmi rəqəmə görə 80 nəfər olub, lakin insan sayının 70-130 arasında ola biləcəyi ehtimal edilir.

Həmin şəxslər Ramazan bayramından sonra evlərinə qayıdan əhali olub.

Gülşən