Dünya 23:43 03.05.2013

Berezovskinin dəfn tarixi açıqlandı

Oliqarxın dəfn mərasimi mayın 6-na təyin edilib.

Boris Berezovskinin dəfn tarixi açıqlanıb. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, B. Berezovskinin dəfn mərasimi mayın 6-na planlaşdırılıb. 

Mərasim Londonda baş tutacaq. Berezovskinin Londonun Çelsi rayonunda yerləşən Hannersberi məzarlığında dəfn ediləcəyi bildirilir. Onu dostu filosof Aleksandr Pitiqorskinin məzarı yanında basdıracaqlar. İnformasiyanı Temz-Velli dairəsinin polisi də təsdiq edib. 

Xatırladaq ki, oliqarx martın 23-də öz evində ölü olaraq tapılmışdı. Ekspertiza nəticəsində Berezovskinin qabırğasının qırıldığı və onun boğazında ip izinin olduğu müəyyənləşmişdi. Dostları B. Berezovskinin intihar etməsi versiyasını inandırıcı hesab etmirlər.

Qaynar.info