Dünya 22:40 24.06.2013

Berluskoni həbs edildi

Milan məhkəməsi bazar ertəsi İtaliyanın keçmiş baş naziri Silvio Berluskonini qalmaqallı «Rubi işi»nə görə 7 il azadlıqdan məhrum edib.

Bundan əlavə, məhkəmənin qərarına görə, Berluskoni ömürlük dövlət postlarını tuta bilməyəcək.

Keçmiş baş nazirə qarşı məhkəmə prosesi 2011-ci ilin aprelində başlayıb. İstintaq Berluskonini mərakeşli 18 yaşına çatmamış «Rubi» ləqəbli Kərimə əl-Marutla hədiyyə və pul mükafatı əvəzində intim əlaqədə günahlandırıb.

Qaynar.info