İdman 13:27 19.02.2013

Berluskoni Messidən danışdı

“Milan”ın prezidenti Silvio Berluskoni  “Barselona” ilə qarşılaşacaqları Çempionlar Liqasının 1/8  final oyunundan əvvəl matçla bağlı fikirlərini bildirib.

Qol.Az-ın verdiyi məlumata görə, o qeyd edib ki, uğur qazanmaq istəyirlərsə, Lionel Messinin qarşısını almalıdırlar.

“Çox çətin oyunlar olacaq. Baş məşqçi Alleqri ilə danışmağa fürsət tapmasam da, onun ən doğru taktikanı seçəcəyinə əminəm” - deyən Berluskoni bəzən klub prezidentlərinin də məşqçilərə tövsiyə verə biləcəyini söyləyib: “Mənim tövsiyəm odur ki, müdafiəçilirimiz Messinin qarşısını almalıdır”.

Qaynar.info