Dünya 12:37 29.06.2013

Bəşər Əsəd dəliləri döyüşə göndərir - ŞOK İDDİA

Suriya lideri Bəşər Əsəd haqqında şok iddialar ortaya çıxıb. 

Qaynar.info-nun məlumatına görə, Suriya İnqilab Koordinasiyaları Birliyinin rəsmisi Məhəmməd əl Hələbi Əsəd rejimini ruhi xəstələrdən müxaliflərə qarşı canlı sipər kimi istifadə etməkdə ittiham edib. 

Hələbi Əsəd rejiminin 5 ay əvvəl Əd-Düveyrinə Ruhi və Əsəb Xəstəlikləri xəstəxanasından müxaliflərə qarşı baza kimi istifadə etdiyini, burada işləyən həkim və tibb bacılarının qaçdığını söyləyib. 

"Əsəd rejimi ruhi xəstələrdən canlı sipər kimi istifadə edir, işləri bitdikdən sonra isə hər kəs kimi onları da edam edirlər. Öldürülən ruhi xəstələr Kuveyk çayına atılır" deyə Hələbi bildirib. 

Qeyd edək ki, yanvarın 29-da əlləri arxadan bağlı olan aralarında uşaqların da olduğu 80 nəfərin meyiti Kuveyk çayında tapılmışdı. Şahidlər cəsədlərin üzərində işgəncə izlərinə rast gəlindiyini, başlarından vurularaq edam edildiklərini bildirmişdilər. 

Qaynar.info