Dünya 14:52 29.12.2012

Bəşər Əsəd ilin adamı seçildi

Fransanın məşhur “Le Monde” qəzeti Bəşər Əsədi ilin adamı elan edib.

Qaynar.info-nun “France24″-ə istinadən verdiyi xəbərə görə, “Le Monde” sinism və qəddarlıq kriteriyalarını əsas götürərək bu addımı atıb.

Qəzetin yazdığına görə, onlar Əsədin 2013-cü ilin axırına çıxacağı şübhəli olsa da, onun uzun müddət yadlaşdlardan silinməyəcəyi aydındır.

Solyönümlü “La Monde” qəzeti müharibə başlayan zaman Əsədin öz qəddarlığı ilə atası Hafizi ötüb-ötməyəci barədə fikirləşdiklərini, ancaq artıq bu barədə onlarda heç bir şübhənin qalmadığını yazıb. “Bəşər, uzunboğaz orfalmoloq atasından dəfələrlə daha çox iş gördü”- qəzet ironiya ilə yazıb.

“La Monde”-yə görə, Suriya prezidenti təkcə 21-ci əsrin əvvəllinin ən böyük kütləvi qatili deyil, o həm də yeni diktatorluq stilini kəşf edib.

Qeyd edək ki, “La Monde” bundan əvvəl də Stalin, Hitler kimi şəxsləri ilin adamı elan edib.

Qaynar.info