Video 20:15 24.06.2018

Bəşər Əsəd İradə Zeynalovaya müsahibə verdi: cəngəllik qanunlarından danışdı (VİDEO)

Suriya prezidenti Bəşər Əsəd bildirib ki, ölkədə növbəti təxribatların qarşısını almaq mümkün deyil, çünki "dünya cəngəllik qanunları ilə yaşayır".

Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, bunu o, İradə Zeynalovaya müsahibəsində deyib.

Əsəd Suriyada kimyəvi silah tətbiqinin səhnələşdirilməsini təxribat adlandırıb. Onun sözlərinə görə, onların reallıqla heç bir əlaqəsi yoxdur.

"Bu onların şəxsi təxəyyülünün, onların KİV-inin uydurmalarının məhsuludur, hansı ki, onların kütləvi informasiya vasitələrləri vasitəsilə düşünülüb tapılır və sonra internet və başqa media vasitələrilə bütün dünyaya yayılır. Buna görə təxribatların qarşısını almaq" mümkün deyil”, - deyə Suriya prezidenti vurğulayıb.

Əsədin sözlərinə görə, "amerikalılar daim aldadır və dərhal da hücüm edirlər".