Dünya 12:49 25.02.2018

Bəşər Əsəd Şərqi Qutada hücumlara davam edir

BMT Təhlüksizlik Şurasının Suriyanın Şərqi Quta bölgəsində 30 günlük atəşkəs elan etməsinə baxmayaraq Bəşər Əsəd qüvvələri ərazini bombalamağa davam edir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, London mərkəzli Suriya İnsan Haqqları təşkilatı bu barədə məlumat yayıb.

Qeyd edək ki, ötən 1 həftə ərzində Şərqi Qutada 500-dən çox mülki vətəndaş Əsəd rejiminin hücumu nəticəsində dünyasını dəyişib. BMT dinc əhaliyə humanitar yardım məqsədilə ərazidə atəşkəs barədə qərar qəbul edib.

Gülşən