Dünya 16:08 15.04.2018

Bəşər Əsəddən ABŞ-a: "Kimin geridə qaldığını gördük"

Suriya prezidenti Bəşər Əsəd rusiyalı vəkil heyəti ilə görüşüb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə ABŞ, Fransa və İngiltərənin Suriyaya təşkil etdiyi hava hücumundan bəhs edən Əsəd "Amerika filmlərində rus silahları geridə qalmış kimi göstərilir. Lakin bu gün kimin geridə qalmış olduğunu gördük. 1970-ci illərdə istehsal olunmuş Sovet sistemi ilə gücümüzü göstərdik. Yenilənmə üçün isə azı 400 milyard dollar və 10-15 il lazımdır" deyib.

Qeyd edək ki, Suriya və Rusiyanı Duma şəhərində kimyəvi silah istehsalında ittiham edən 3 ölkə ötən gün Bəşər Əsədin silah anbarları və hərbi zavodlarına raket hücumları təşkil edib, lakin hücumların əksəriyyətinin qarşısını almaq mümkün olub.

Gülşən