Dünya 11:55 31.08.2013

Bəşər Əsədin 11 yaşlı oğlundan ABŞ-a MÜRACİƏT - FOTO

Suriya prezindenti Bəşər Əsədin 11 yaşlı oğlu sosial şəbəkə vasitəsilə ABŞ-a mesaj göndərib.

“Qafqazinfo” xəbər verir ki, Hafiz Əsəd özünün facebook səhifəsində ABŞ-ı tezliklə Suriyaya hücum etməyə çağırıb:

Mən çox istəyirəm ki, onlar bizə hücum etsinlər və bu böyük səhvə yol vermiş olsunlar”.

Hafiz Əsəd onu da qeyd edib ki, bütün gücünə rəğmən ABŞ-ın hücum edəcəyi təqdirdə heç bir şansı yoxdur.

Hazırda həmin səhifə və şərh facebook sosial şəbəkəsindən silinib. Həmin səhifənin konkret kim tərəfindən idarə edildiyini müəyyənləşdirmək mümkün olmayıb.

Qaynar.info