Dünya 19:07 02.09.2013

Bəşər Əsədin həkimlik fotosu yayıldı

İngiltərənin Paddinqtondakı "St Mary" xəstəxanasının göz cərrahiyyəsi şöbəsində 1992-ci ildə 18 ay ərzində Bəşər Əsədə dərs deyən doktor Şulenburq keçmiş tələbəsindən danışıb. 

Qaynar.info xəbər verir ki, həkim Əsədin prezidentdənsə həkim olmağını çox istədiyini bildirib: "1994-cü ildə ölkəsinin gələcək prezidenti olmaq üçün Londonu tərk edərkən Bəşərə baxıb bu uşaq həkim olsaydı daha yaxşı olardı düşündüyümü xatırlayıram". 

Şulenburq Əsədin o vaxtkı əsədin indikindən çox fərqli olduğunu deyib: "O, həssas, dəqiq və həddən artıq kübar insan idi. Olduqca sadə insan idi. Suriyadakı həyatında, ailəsindən bəhs etməzdi".

İngilis cərrah Londonda kirayədə yaşayarkən Əsədin bir prezident oğlu olduğunu hiss etdirmədiyini, onun Fil Kollins, Uitni Hyustonu dinlədiyini və texnologiya dəlisi olduğunu söyləyib. 

"İndi dünya mətbuatında haqqında yazılan şəxsin Bəşər Əsəd olduğuna inana bilmirəm. O, əsla kimyəvi silahdan istifadə etməzdi. Rejimdə başqa şəxslər buna qərar verə bilər. Mən Suriyanın bombalanmasının əleyhinəyəm. Məncə tərəflər bunu danışıqlar yolu ilə həll etməlidir" Şulenburq deyib. 

Qaynar.info