İdman 21:01 15.10.2018

Beşqat dünya çempionu dörd il müddətinə cəzalandırıldı

Kanoe üzrə beşqat dünya çempionu və 2012-ci il Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Aleksey Korovaşkov dörd il müddətinə diskvalifikasiya olunub. 

"Report" TASS-a istinadən xəbər verir ki, 26 yaşlı rusiyalı idmançı antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb. 

Onun cəza müddəti 2017-ci ildən hesablanacaq və 2021-ci ilin avqustun 9-da başa çatacaq.