Dünya 18:35 24.02.2018

İnsan beynindən 1.8 kq şiş çıxarıldı

Hindistanın Uttar Pradeş əyalətində yerləşən "Nair" xəstəxanasında beynində 1,8 kq şiş olan şəxs üzərində əməliyyat keçirilib.

Qaynarinfo The Hindu-ya istinadən xəbər verir ki, həkimlər 6 saat davam edən əməliyyat nəticəsində 31 yaşlı Santlal Palın başından 1,8 kq çəkiyə sahib şişi uğurla götürə biliblər. 14 fevralda gerçəkləşdirilən əməliyyatdan sonra xəstənin vəziyyəti normal olsa da, onun gözləri görmür, lakin tədricən bu problemin aradan qalxacağı deyilir.

Neyro-cərrah Trimurti Nadkarni bildirir ki, şiş beyindən böyük olub. 3 il ərzində yaranıb inkişaf edən şişin yalnız 10%-i kəllə sümüyünün içində olub və bu, xəstənin xilasına kömək edib.

Gülşən