Yuxu inkişaf, psixologiya, konsentrasiya, güc yığmaq üçün vacib hesab edilir və beynin dincəlməsi ilə əlaqələndirilərək bu orqanın yuxuya getməsi kimi dəyərləndirilir.

Qaynarinfo xəbər verir ki, Kaliforniya İnstitutu Texnologiya fakültəsinin üzvü Lea Qoentoronun rəhbərlik etdiyi araşdırma qrupu beyinsiz canlı orqanizmlərdə yuxu prosesinin olub-olmamasını araşdırıblar. Tədqiqat meduza üzərində aparılıb. Meduza beyni olmayan, ətrafını sinir sistemi vasitəsilə dərk edən və reaksiya verən canlıdır. Kalmar, midyə, istridyə kimi dəniz canlılarınin da beyni yoxdur. 

Tədqiqatçılar araşdırma nəticəsində meduzaların da yuxuya ehtiyac duyduqlarını müşahidə edib. Bu heyvanların gecə saatların hərəkət aktivliyində kəskin azalma görülüb. Bundan əlavə, gecə boyunca yuxusuz qalan meduzanın növbəti gün ərzində aktivliyinin 17% azalması bu heyvanın yuxuya ehtiyac duymasını sübut edib. 

Bu tədqiqat sübut edir ki, yuxu bir çox canlı orqanizmlər üçün vacib ehtiyaclardandır. Yuxuya yalnızca inkişaf etmiş mərkəzi sinir sisteminə sahib canlılar yox, digərləri də ehtiyac duyur.

Gülşən