Ölkə 21:21 11.12.2017

Bəzi avtobusların hərəkət istiqaməti dəyişəcək

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

BNA-dan Qaynarinfo-ya verilən məlumata görə, bu səbəbdən də qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saat 07:00-dan tədbir tam başa çatana qədər dəyişdiriləcək. 

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.