Foto 17:34 26.06.2019

Biləsuvarda 6 maşın yanıb külə döndü (FOTO/VİDEO)

Biləsuvarda gömrük məntəqəsində altı maşın yanaraq külə dönüb.

Bununla bağlı görüntüləri oxu.az-ın Asiman Niftullazadə göndərib.

Yanan maşınların İrana gedən azərbaycanlı vətəndaşlara məxsus olduğu bildirilir.

Məlumata görə, yanğın bir maşında başlayıb, sonra digərlərinə keçib.
 
Dövlət Gömrük Komitəsindən oxu.az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postu yaxınlığındakı avtomobil dayanacağında yanğın zamanı xəsarət alan olmayıb.

Hadisə nəticəsində bir neçə avtomobil yanıb: "Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı qısa zaman ərzində alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, dayanacağın ərazisində yerləşən bir neçə avtomobilə maddi ziyan dəyib”.

Hazırda müvafiq qurumlar tərəfindən yanğının başvermə səbəbləri araşdırılır.