Ölkə 20:07 16.07.2018

Bilik Fondunun Himayəçilik Şurası üzvləri dəyişdirildi

Prezident İlham Əliyev Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin ediliblər:

Həsənov Əli Məhəmmədəli oğlu - Azərbaycan Respublikası Prezidentinin  İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə  müdiri

Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikasının təhsil naziri

Qarayev Əbülfəs Mürsəl oğlu - Azərbaycan Respublikasının  mədəniyyət naziri

Rəhimov Azad Arif oğlu - Azərbaycan Respublikasının gənclər və idman naziri

Hüseynova Hicran Kamran qızı - Azərbaycan Respublikasının  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Qurbanlı Mübariz Qəhrəman oğlu - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Amaşov Əflatun Əhməd oğlu - Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı.