Xəbər lenti

Binəli Yıldırım Azərbaycana gəldi
Ölkə 22:02 28.08.2018

Binəli Yıldırım Azərbaycana gəldi

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın Azərbaycana səfəri başlayıb.

Qaynarinfo xəbər verir ki, ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Binəli Yıldırımı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

B.Yıldırım Azərbaycana səfəri çərçivəsində dövlət rəsmiləri ilə görüşəcək, iki ölkə arasında olan mövcud münasibətləri müzakirə edəcək.

Qeyd edək ki, bu, onun parlament rəhbəri kimi Azərbaycana ilk səfəridir. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->