Dünya 09:41 22.04.2018

Binəli Yıldırım Novruz Məmmədovu təbrik etdi

Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycanın yeni təyin edilmiş baş naziri Novruz Məmmədovu təbrik edib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, B. Yıldırım N. Məmmədova zəng edərək təbrik edib və uğurlar arzulayıb.

Nazirlər iki ölkə arasında əməkdaşlığın davamı və inkişaf edəcəyini vurğulayıblar.

Gülşən