Siyasət 19:29 12.07.2018

Binəli Yıldırım parlament sədri seçildi

Türkiyə Böyük Millət Məclisinə (parlament) yeni sədr seçilib.

Qaynarinfo xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq baş nazir Binəli Yıldırım 335 səs ilə Türkiyə parlamentinin sədri seçilib.

Qeyd edək ki, Binəli Yıldırım 2016-2018-ci illərdə Türkiyənin Baş naziri olub.