Dünya 21:52 23.09.2018

Bir ayda terrorçular təhlükəsizlik qüvvələrinin 513 əməkdaşını öldürüb

Bir ay ərzində Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Tarık Şah Bəhrami bildirib.

Parlamentdə çıxış edən nazir qeyd edib ki, terrorçularla mübarizə zamanı təhlükəsizlik qüvvələrinin 700-dən çox əməkdaşı yaralanıb. Bir ayda terrorçular təhlükəsizlik qüvvələrinin 43 əməkdaşını girov götürüb.

Tarık Şah Bəhraminin sözlərinə görə, ötən ay terrorçuların da itkiləri 3 dəfə artıb.