Video 23:49 06.12.2017

Bir evdə yolka bəzəməyin qiyməti (VİDEO)

Yeni il üçün yolkalar artıq satışa çıxarılıb. Satışda hər zövqə uyğun yolka tapmaq mümkündür. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, yeni ilin gəlməsi ilə əlaqədar insanlar dekabr ayın ilk günlərindən alış-verişə başlayıblar.
 
Satışda hər zövqə uyğun müxtəlif ölçülü yolkalar var. Yolkanın qiyməti ölçüsündən və həcmindən asılı olaraq dəyişir.
 
Bu il fərqli görnüşlü yolkalar daha çoxdur. Eyni ölçülü sadə yolkalarla müqayisə etdikdə isə qiymətləri daha bahadır.
 
Yolkanı Şüvəlan, Mərdəkan kimi Bakı ətrafı qəsəbələrdən daha ucuza əldə etmək olar. Belə ki, 2 metr hündürlüyündəki yolka bakının mərkəzində 150 manatdan baha olduğu halda, burda 30-35 manata satılır.
 
Qeyd edək ki, Bakıətrafı qəsəbələrdə yolka üçün istehsal olunan oyuncaqların satış qiyməti də şəhərə nisbətən ucuzdur.