Texnologiya 16:03 27.10.2017

Bir gecədə 6,24 milyard dollar qazandı

"Amazon" hissələrinin bir gecədə qazandığı dəyər şirkətin baş icraçı direktoru Ceff Bezosa 6,24 milyard dollar qazandırıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 7% dəyər qazanan şirkətin yüksəlişi milyarderin sərvətini 83,5 milyard dollara qaldırıb. Bununla Bezosla 88 milyard dollarla dünyanın ən varlı şəxsi olan Bil Qeytsin sərvəti arasındakı fərq 4,5 milyard dollara enib.

Qeyd edək ki, "Amazon"un gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 33,6% artaraq 43,7 milyard dollara çatıb. 

Gülşən
Qaynarinfo.Az