Dünya 10:00 04.09.2013

Bir gündə 67 nəfər öldü

İraqın paytaxtı Bağdadda sentyabrın 3-də törədilmiş terror aktlarında ölənlərin sayı 67 nəfərə çatıb.

APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, partlayışların əksəriyyəti ötən günün axşam saatlarında, insanların sıx cəmləşdiyi yerlərdə törədilib. Məlumata görə, 2 saatdan  az müddət ərzində 11 partlayış törədilib.  
 
Bundan başqa, terrorçular bir neçə silahlı hücum da həyata keçirib. Belə ki, Bağdadın cənubunda bir qrup silahlı şəxs bir ailənin bütün üzvlərini qətlə yetirib. 
 
Qeyd edək ki, İraqda cari ilin əvvəlindən  terror aktlarında 5000-dək insan ölüb.

Qaynar.info