Dünya 19:35 16.12.2018

Bir kənd təkbaşına referendum keçirir (SƏBƏB)

Türkiyənin Çorum bölgəsinin Sunqurlu rayonuna daxil olan Kula kəndinin sakinləri təkbaşına referendum keçirir.

Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, kənd sakinləri Sunqurlu rayonundan ayrılaraq Bayat rayonuna birləşmək istəyirlər.



Sakinlərin sözlərinə görə, rayon rəhbərliyi onlara "lazımı səviyyədə xidmət göstərmir". Taleyin ümidin buraxıldıqlarını deyən kəndlilər Bayat rayonuna birləşmək üçün imza toplayıblar. 2017-ci ildə toplayanan 150 imza Sunqurlu rayon rəhbərliyinə təqdim olunmaq üçün kənd muxtarı Hicabi Altuntaşa verilib. Muxtar kəndlilərin Bayata birləşmək və referendum keçirməklə bağlı tələbini əks etdirən məktubu rayon rəhbərliyinə təqdim edib. Məktubu araşdıran rəhbərlik kəndlilərin referendum tələbinə müsbət cavab verib.



Bu səhər 300 sakini olan (səsvermə hüququ olanların sayı 166 nəfərdir) referendum başlayıb. Yerli vaxtla saat 08.00-da başlayan referendum saat 17.00-da başa çatıb. Nəticələr yaxın vaxtda açıqlanacaq.