Dünya 19:40 10.12.2017

Bir kəndi satışa çıxartdılar: 140 minə satdılar

Almaniyanın Brandenburq əyalətinə bağlı kənd 140 min avroya satılıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Alvine adlı kəndə auksionda 125 min avro qoyulub və ərazi 140 min avroya satılıb. Kəndə 9 ev, bir küçə və bir qədər meşə sahəsi daxildir. Ərazini alanın təklifi telefonla verdiyi deyilir və adı açıqlanmır. 

Paytaxt Berlindən 150 km məsafədə yerləşən Alvinedə 20 nəfər yaşayır və evlərin çoxu boşdur. Alış-verişin mümkünsüz olduğu kəndə heç bir ictimai nəqliyyat vasitəsi işləmir. 

Auksiona dünyanın bir çox ölkəsindən insan maraq göstərib, lakin ancaq 1 nəfər təklif verib. 

Kənddən cavabdeh şəxs olan Peter Kroll bildirir ki, ərazidəki evlərin ciddi təmirə ehtiyacı var və bu, 2 milyon avroya mümkün ola bilər, kəndin yeni sahibindən istədikləri tək şey tikililərin təmiridir.

Gülşən