Ekonomiks 21:06 15.09.2019

Bir milyonçuya görə uğurlu insanın 3 gizli keyfiyyəti

Hamımız uğurlu olmaq istəyirik. Zəngin və tanınmış deyil, hədsiz istedadlı olduğumuz işdə məhz uğurlu olmaq. İstənilən bir insan uğurlu ola bilər, bunun üçün üç əsas xüsusiyyətə malik olmaq lazımdır. Aşağıda onlardan bəhs edəcəyik. Amma bir şeyi də unutmaq lazım deyil ki, burada tək bir resept yoxdur.

Əzm



Əzm  cəhdləri dayandırmamaqdır. İş öz yerini tutana kimi dəfələrlə ona başlamaq üçün gedişləri dəyişməyi yoxlamaqdır. Görüşə vaxt tapmayan səhmdarın tamaşaçısını əldə etmək cəsarətidir. Əzm – bu, süqutdan sonrakı daimi yüksəliş və uğurdan sonrakı yeni horizontların səylə axtarışı deməkdir.

Qərarların qəbulu
 


Bu ən əsas keyfiyyətdir. Dayanmamaq, hadisələrə tez münasibət bildirmək, qoyulmuş tapşırığa və ya verilmiş sifarişə görə məsuliyyəti öz üzərinə götürmək. Stressli vəziyyətlərdə hamı panikaya düşdüyü halda ancaq əsl lider özündə hərəkətə keçmək cəsarəti tapa bilər. Nə istədiyinizi dəqiqləşdirin. Vektor olan halda qərar qəbul etmək də asan olur.

Çeviklik



Çox vacib bir keyfiyyətdir. Bu, münaqişəni düzgün şəkildə konstruktiv istiqamətə çevirə bilmək bacarığıdır. Eyni zamanda işləməyən strategiyadan imtina etmək və yenidən başlamaq cəsarətidir. Yeni iş qaydalarının şərtlərinə tez bir zamanda cavab verməyə hazır olmaqdır. Bununla belə, öz dəyərini və ləyaqətini qoruya biləcək şəkildə fəaliyyət göstərmək. Bu, superbacarıqdır. Unutmayaq ki, ancaq çevik ağaclar fırtınaya dayana bilirlər.(bizplus.az)