Ekonomiks 11:01 03.09.2013

Bir neçə şəhər və rayonda qaz olmayacaq

Azərbaycanın bir neçə şəhər və rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar sentyabrın 3-də saat 18:00-dək «Alatava» QPS-dən qidalanan «Tbilisi prospekti» orta təzyiqli qaz kəməri, saat 16:00-dək «Ramanı», «Yeni Suraxanı», «Xalçaçılıq» QPS-lərdən qidalanan «Alko» və «Dəniz limanı» ölçü qovşaqları, saat 17:00-dək «Binə» QPS-dən Binə qəsəbəsinə gedən 219 mm-lik orta təzyiqli qaz xətti, saat 11:00-dan 16:00-dək «Mərdəkan bağları» QPS, saat 13:00-dək «Mingəçevir» ölçü qovşağı, saat 14:00-dan 17:00-dək isə «Şəki» və «Gəncə 1-ci xətt» ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Bakının Yasamal və Binəqədi rayonlarının Tbilisi prospekti ətrafı ərazilərində, Sabunçu rayonunun Ramana qəsəbəsi, Suraxanı rayonunun Yeni Suraxanı və Zığ qəsəbələri, Xətai rayonunun Nobel prospektinin bir hissəsi, Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsi, Mərdəkan bağları ərazisi və Binə qəsəbəsi, Şəki şəhəri də daxil olmaqla Şəki rayonunun, Mingəçevir və Gəncə şəhərlərinin bir hissəsinə  təbii qazın verilməsində fasilələr yaranacaq.

Qaynar.info