Foto 11:36 15.09.2018

Birincilərin məktəb sevinci (FOTOLAR)

Bildiyiniz kimi bu gün Azərbaycanda "Bilik günü" qeyd olunur.
 
Qaynarinfo xəbər verir ki, bu gün birincilər məktəbə ilk qədəmlərini atırlar. Kimisi gülür, kimisi ağlayır. Amma hamısının gözlərində bir bilgi parıltısı var.
 
Qeyd edək ki, 2018-2019-cu tədris ilində 165 780 şagird 1-ci sinfə qəbul edilib. Ümumtəhsil müəssisələrində ümumilikdə 1 592 317 şagirdin təhsil alacağı nəzərdə tutulur.
 
Foto: Ramin Aslanov