Ekonomiks 19:10 23.10.2017

"Bitcoin" 25 min dollar olacaq?

Dünyanın ən dəyərli kripto pul vahidi olan "Bitcoin" dəyər qazanmağa davam edir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Nyu York araşdırma şirkəti "FundStrat Global Advisors" "Bitcoin" üçün proqnozlar verib. Şirkət bildirir ki, pul vahidinin dəyəri gələn ilin ortalarında 6 min dollara çatacaq. 2022-ci ildə isə bu qiymət 25 min dollar olacaq. Dünyadakı "Bitcoin"lərin ümumi dəyəri isə növbəti 5 il ərzində 350 milyard dollar olacaq. 

Pul vahidi hazırda 5830 dollar dəyərə sahibdir. 

Şirkət ötən bir neçə ildə qiymət proqnozlarının 94%-nin doğru çıxdığını bildirir.

Gülşən
Qaynarinfo.Az