ABŞ polisi cinayətkar qruplardan əldə etdiyi 53 milyon dəyərindəki 3813 ədəd Bitcoini satışa çıxaracaq.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, auksion vasitəsilə həyata keçiriləcək satış fevralda təşkil ediləcək. Dünya bazarında Bitcoinin 12 yanvar tarixi üçün qiymətinə əsasən, 3813 ədəd kripto valyutanın məbləği 53 milyon dollardır. 

Auksionda iştirak etmək istəyənlər 200 min dollar ödəməli olacaqlar. Müraciət üçün sonuncu tarix 19 yanvardır. 

Qeyd edək ki, kripto pullar blok şəklində satılacaq və hər blokda dəyəri təxminən 1,5 milyon dollar olan 500 ədəd Bitcoin olacaq.

Bu satışın Bitcoin bazarına təsiri istisna edilmir.

Gülşən