Kriptovalyuta bazarının fenomen şəxslərindən birinə çevrilən Con Makafi bazarla bağlı yeni proqnoz verib. 

Qaynarinfo kripto.az-a istinadən xəbər verir ki, onun fikrincə, iyulda böyük yüksəliş olacaq.

Anti-virus proqramı rəhbəri olan və öz proqnozları ilə kriptovalyuta sektorunda nüfuz qazanan mütəxəssis yazdığı "tweet” ilə bazarla bağlı müsbət proqnozlar verib.

Makafi iyulda Bitcoin-in 15 min dollara yüksələcəyini iddia edir. O, həmçinin bunları əlavə edib:

"Qısamüddətli qiymət təxminlərim: iyun ayının 12-nə qədər bazarın vəziyyəti düzəldəcəyini düşünürəm. Bundan sonra verdiyim proqnozlar özünü doğruldacaq. Alqoritmlərim məni yanıltmazlar. Docademic üçün də böyük yüksəliş gözləyirəm”.

Mütəxəssis Golem-in qiymətinin iki ayda 0.49 dollardan 5 dollara qalxacağını iddia edir. Docademic-in isə 0.10 dollardan 0.73 dollara yüksələcəyi qənaətindədir. Bezop adlı kriptovalyutanın da böyük uğur qazanacağını təxmin edir.



Docademic ilə bağlı "tweet” yazan Makafi "görürsünüz, izaha ehtiyac yoxdur. Yüzlərlə sözü əvəz edəcək foto”, – deyərək coinin 9 gündə 114%-lik yüksəlişinə diqqət çəkib.

Proqnozları ciddi müzakirəyə səbəb olan Makafi özünü haqlı saysa da, bəzi məsələlərə münasibəti fərqlidir. Buna baxmayaraq, belə bir fiqurun bazarda olması əyləncəli mühit yarada bilir.

Makafi "Cryptosecure”-dən üzr istədi

Onun səhv etdiyi mövzulardan biri də "Cryptosecure” ilə bağlıdır. O, layihə ilə bütün əlaqələrini kəsdiyini və daha "Cryptosecure”-yə maraq göstərmədiyini bildirmişdi. Ancaq Makafi ötən gün yanlış xəbərlərə görə tənqid etdiyi şirkətdən üzr istədiyini bildirib. O, bunları vurğulayıb:

"Cryptosecure”-də son vəziyyət: Yayılan xəbərlər səhv imiş. Şirkət hər hansı tətbiqi dayandırmağa qərar verməyib. Buna görə, şirkətdən üzr istəyirəm”.