Cənubi Koreyadan sonra ABŞ şirkətləri də kripto valyutaya məhdudiyyətlər tətbiq etməyə başlayıb. 

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "JPMorgan Chase Co.", "Bank of America Corp." və "Citigroup Inc." banklarına aid kredit kartlarından "Bitcoin" və digər kripto pul vahidlərinin alınması qadağan edilib. "JPMorgan" sözçüsü Meri Ceyn Rocers transfer prosesində yarana biləcək problemə görə belə qərar qəbul etdiklərini bildiriblər. 

"Bank of America" isə cümə günü bu tip əməliyyatın dayandırıldığını, qadağanın şəxsi və biznes kredit kartlarına aid olduğunu deyib. 

"Citigroup" sözçüsü Cenifer Bombadiə bazardakı proseslərlə əlaqədar qərarlarını nəzərdən keçirəcəklərini vurğulayıb. 

Qeyd edək ki, 20 min dollara qədər dəyər qazanmış "Bitcoin" son dövrlərdə 8 min dollara qədər düşüb. Bu prosesin baş verməsinə səbəb kimi hökümət qadağaları, "Facebook"un kripto valyuta reklamlarına tətbiq etdiyi qadağa və digər məhdudiyyətlər göstərilib.

Gülşən