"Bitcoin" 2018-ci ilin ilk 3 ayını geriləmə ilə tamamlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, yanvar ayında dəyəri 13 min 412 dollar olan kripto valyuta hazırda 7 266 dollara satılır. "Bitcoin"inin bazar dəyərindəki itki 114,9 milyard dollardır. 

Kripto valyuta bundan əvvəl 2014-cü ilin ilk 3 ayında 38% dəyər itirmişdi. 2013-cü ilin ilk aylarında isə 599%-lə valyutanın tarixində ən böyük irəliləyiş müşahidə edilib.

"Bitcoin" ötən il 19 min dollardan baha satılaraq rekord qırmışdı.

Gülşən