Ekonomiks 20:33 07.12.2017

Bitkoin dayanmır: gecənin yeni rekordu

Bitkoin növbəti rekord vurub. 

Qaynarinfo fed.az-a istinadla xəbər verir ki, bu gün kriptovalyuta 3 saat ərzində 1632 dollar və ya 11% bahalaşaraq 14 943 dollardan 16 575 dollara yüksəlib. 

Birjalarda hansısa alətin belə sürətli bahalaşması müşahidə edilməyib. Belə ki, bitkoin 12 min dollarlıq həddi iki gün əvvəl - dekabrın 5-də axşam saatlarında keçmişdi. Həmin vaxt bu böyük artım və rekord sayılırdı. İndi isə ötən dövr ərzində bitkoinin qiymətində 4 575 dollar və ya 38% artım baş verib.