Ekonomiks 11:10 04.12.2017

Bitkoin yenə bədbin proqnozları alt-üst etdi - Yeni rekord

Dünyanın əsas kriptovalyutası sayılan bitkoinin qiyməti bahalaşmaqda davam edir.

Qaynarinfo FED.az-a istinadən xəbər verir ki, bitkoin son 24 saat ərzində 397 dollar və ya 3,5% bahalaşıb. Yəni bitkoinin dekabrın 4-ü saat 9:30-a olan qiyməti 11 min 567 dollardır. Son bir həftə ərzində isə bu valyuta 1880 dollar və ya 19% bahalaşıb.

Qeyd edək ki, bitkoin sutka ərzində qısa müddət aralığında 688 dollar və 6% bahalaşaraq 11 min 858 dollarlıq rekord həddə çatıb. Ethereumun məzənnəsi də hərəkətlidir. Belə ki, bu kriptovalyuta sutka ərzində 3 dollar və 0,6% bahalaşaraq 468 dollara satılır. Bu kriptovalyuta son bir həftə ərzində isə 17 dollar və ya 3,5% ucuzlaşıb.

Qeyd edək ki, Ethereumun bir həftə əvvəlki qiyməti 485 dollar idi.