Ekonomiks 14:14 25.05.2018

Biznes evləri yaradılacaq: Sahibkarlara dəstək məqsədi ilə...

Azərbaycanın müxtəlif şəhər və rayonlarında kiçik və orta biznes evlərinin yaradılması planlaşdırılır.

Qaynarinfo "report"-a istinadla xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, biznes evlərinin yaradılmasında məqsəd sahibkarlara dəstək olmaqdır: "Agentlik kiçik və orta biznes evlərinin təşkilini, əlaqələndirilməsini və tənzimlənməsini vahid səlahiyyətli qurum kimi həyata keçirəcək".