İdman 09:35 30.10.2013

Blatter Ronaldodan üzr istədi


FİFA prezidenti Yozef Blatter "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo haqda verdiyi açıqlamaya görə üzr istəyib.

Qol.Az-ın məlumatına görə, Blatter "Real"ın prezidenti Florentina Perezə yazdığı məktubda belə üzr diləyib:

"Mən sadəcə Messinin hər ananın sahib olmaq istədiyi bir övlad olmağını demək istədim. Məncə, Ronaldo və Messi eyni səviyyəli oyunçudur.

İkisi də inanılmaz işlər bacarır və oyun tərzlərinə görə ən yaxşılardandırlar. Məqsədim əsla kimisə utandırmaq olmayıb. Nə "Real"ı, nə də Ronaldonu təhqir etmək istəməmişəm. Mən də uşaqlıqdan "Real"a azarkeşlik etmişəm.

Qeyd edək ki, Blatter Ronaldo haqda belə demişdi: "O, oyunun baş təşkilatçısı, yəni komandiridir. Ancaq bərbərxanada çox vaxt keçirir".

Qaynar.info