Ekonomiks 15:40 31.07.2018

Bölgələrdə təhlükə mənbəyi köhnə avtobuslar (VİDEO)

Son illərdə Azərbaycanda ictimai nəqliyyat parkının yenilənməsi istiqamətində xeyli işlər aparılıb. Kondisioner sistemli, hətta wi-fi ilə təchiz olunan yeni nəsil avtobuslar alınır.

Finans.az-ın araşdırması göstərir ki, paytaxtdan kənarda, regionlarda avtobus parkının durumu çox pis vəziyyətdədir. İstifadə olunan avtobus parkının əhəmiyyətli hissəsi sovet istehsalı olan istismar müddəti çoxdan bitmiş nəqliyyat vasitələridir. Həmin avtobusların xətdə olması bir tərəfdən sərnişinlərin həyat və sağlamlığına, digər tərəfdən isə ekoloji tarazlığa ciddi ziyan vurur.