Dünya 11:50 24.03.2018

BMT: 124 milyon insan aclıqdan ölüm həddindədir

BMT Dünya Qida Proqramının rəhbəri Deyvid Bisli aclıq səbəbilə ölüm təhlükəsi ilə üzləşən insanların sayını açıqlayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, aclıqdan əziyyət çəkən və ölüm həddində olan insanların sayında son 2 ildə 55% artım baş verdiyi və 124 milyon nəfərə çatdığı açıqlanıb. 124 milyonun 32-si Somali, Yəmən, Cənubi Sudan və Nigeriyanın şimal-şərqində yaşayır. Afrikada Burkina Faso, Çad, Niger, Mali və Mavritaniyada qida problemi yaşayanların sayı son 5 ildə 30% artıb.

Bisli bildirib ki, daimi aclıq çəkən 815 milyon insanın 60%-i qarşıdurma bölgələrində yaşayır. BMT humanitar işlər üzrə katib köməkçisi Mark Loukok qıtlıq və aclığın yaşandığı müharibə bölgələrindəki problemin qarşısını almağın mümkünlüyünü vurğulayıb. 

Müharibələr su sistemi, tarla kimi ərazilərə ciddi zərər vurur və bu, qıtlığa səbəb olub. Müharibə bölgəsində yaşayan və aclıqla üz-üzə olan insanların 80%-ni uşaqlar təşkil edir. 

Gülşən