Siyasət 10:39 10.07.2013

BMT baş katibi çağırış etdi

BMT-nin baş katibi Pan Gi Mun ramazan ayının başlaması münasibətilə dünya müsəlmanlarını təbrik edib.

APA-nın məlumatına görə, baş katib Suriyada döyüşən tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb və Suriya xalqının artıq üçüncü Ramazanı münaqişə vəziyyətində keçirdiyini xatırladıb. Onun sözlərinə görə, münaqişə nəticəsində yüz mindən çox suriyalı həlak olub, iki milyona yaxın insan başqa ölkələrdə sığınacaq tapıb. Daha dörd milyon insan isə hərbi əməliyyatlar səbəbindən yurd-yuvasını tərk edərək məcburi köçkünə çevrilib. Baş katib dini ehkamlara əsasən, Ramazan ayında bütün müharibələrin dayandırılmalı olduğunu xatırladıb.

Qaynar.info