Dünya 09:53 14.06.2018

BMT-dən Fələstin qərarı: ABŞ-ın tələbi rədd edildi

BMT-də Fələstin məsələsi müzakirəyə çıxarılıb.

Qaynarinfo xəbər verir ki, Əlcəzair və Türkiyənin tələbi ilə BMT İdarə Heyəti məsələnin müzakirəsi üçün toplaşıb. Qəbul edilən qərarda 60 gün ərzində Fələstin xalqının qorunması məsələsi öz əksini tapıb. ABŞ-ın Həmasın qınanması tələbi isə rədd edilib.

İdarə Heyətində keçirilən səsvermədə qərarlar lehinə 120, əleyhinə 8, bitərəf isə 45 səs qeydə alınıb.

Gülşən