Dünya 18:33 28.06.2013

BMT-dən İsrailə sərt xəbərdarlıq

BMT İsrail həbsxanalarında ailələri ilə görüşünə icazə verilməyən və vəkilin iştirakı olmadan ifadəsi alınan fələstinli uşaqların pis davranış və işgəncə riskiylə qarşı-qarşıya olduqlarını bəyan edib.

Qaynar.info-nun TRT-yə istinadən verdiyi xəbərə görə, fələstinlilərlə bağlı insan haqları pozuntularını araşdıran BMT Xüsusi Komitəsindən verilən açıqlamada İsrail həbsxanalarında saxlanan 5 min fələstinlinin sistemli şəkildə pis rəftara məruz qaldığı bildirilib.

Komitədən verilən açıqlamada məhkumlardan 20-sinin ağır şərtlər, ailələrlə görüş verilməməsi və əsassız iddialara etiraz əlaməti olaraq aclıq aksiyası keçirdiyi xatırladılıb, xüsusilə uşaqlara pis rəftara diqqət çəkilib.

Komitə sədri Pakita Kohona fələstinli uşaqların gecə evlərindən gözləri və əlləri bağlı şəkildə aparıldığını, ailələrinin onları müşayiət etməsinə icazə verilmədiyini bildirib.

İsrail həbsxanalarında 200-ə yaxın uşağın saxlanıldığını bildirən Kohona ailələriylə görüşdürülməyən və vəkilsiz ifadəsi alınan uşaqların pis rəftar və işgəncə riskiylə qarşı-qarşıya olduqlarını deyib.

Qəzzadakı müharisənin təsirlərini də dəyərləndirən Kohona mühasirə səbəbilə Qəzzalı balıqçı və fermerlərin gəlirlərinin və istehsalın azaldığını söyləyib. BMT Xüsusi Komitəsinin sədri fələstinlilərin problemlərinin həlli üçün beynəlxalq birliyin İsrailə təzyiq etməsini istəyib.

Qaynar.info