Dünya 15:21 06.08.2018

BMT-dən Qırmızı dənizdə təbii fəlakət xəbərdarlığı

BMT Qırmızı dənizə sızan böyük miqdarda neftə görə xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, xəbərdarlıqda bildirilir ki, "Ras Isa" limanından yola düşən yanacaq daşıyan gəmilərdəki sızıntı problemi böyük təbii fəlakətə səbəb ola bilər.

BMT Humanitar Yardım Koordinasiya Ofisinin Yəmən təmsilçisi Liza Qrandi məsələnin müzakirəsi üçün Husi qüvvələrinin rəhbəri Əbdül Əziz İbin Habtur ilə bir araya gəlib.

Gülşən