Foto 18:35 23.02.2018

BMT-dən Şərqi Qutada atəşkəs qərarı (FOTOLAR)

BMT Suriyanın Şərqi Quta bölgəsində bir aylıq atəşkəs barədə layihənin qəbuluna hazırlaşır.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 400 min mülki vətəndaşın yaşadığı ərazidə son günlərdə 370 nəfər dünyasını dəyişib. 

Müxalif qüvvələrin nəzarətində olan əraziyə prezident Bəşər Əsəd qüvvələri tərəfindən hava və top hücumları təşkil edilir.

Hücum səbəbilə sığınacaqlara yerləşən dinc əhali bərbad gigiyenik şəraitdə aclıqla üz-üzə qalırlar.

Gülşən