Dünya 10:35 12.09.2017

BMT-dən Şimali Koreyaya qarşı növbəti sanksiya

Birləşmiş Millətlər təşkilatı Şimali Koreya əleyhinə növbəti sanksiya qərarını verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərara əsasən Şimali Koreyanın neft, qaz və tikiş məhsulları satışına qadağa qoyulacaq. 

Sanksiya layihəsi ABŞ tərəfindən irəli sürülüb. 

Qeyd edək ki, qısa müddət əvvəl qəbul edilən sanksiyalar paketi də ABŞ tərəfindən hazırlanmışdı.

Qərar Şimali Koreyanın nüvə və ballistik raket proqramları ilə mübarizə məqsədilə qəbul edilib. 

Gülşən

Qaynarinfo.Az