Dünya 10:18 25.02.2018

BMT-dən Suriyada atəşkəs qərarı

BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs barədə qərar qəbul edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 26 fevraldan etibarən qərar qüvvəyə minəcək və Suriyada qarşıdurmalar davam edən bölgələrə, xüsusilə Şərqi Qutaya humanitar yardım göndəriləcək. 

Qərara görə, İŞİD, Əl Qaidə, Əl Nüsrə terror təşkilatlarına qarşı aparılan əməliyyatlar dayandırılacaq. Afrin şəhərində PKK-ya qarşı anti-terror əməliyyatı keçirən Türkiyə hərbi müdaxilənin dayandırılmayacağını, hücumların mülki vətəndaşları yox, terrorçuları hədəf aldığını vurğulayıb. 

ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heyli BMT tərəfindən qəbul edilən qərarın gecikdirilməsində Rusiyanı ittiham edərək dünəndən bəri bir çox mülki vətəndaşın öldürüldüyünü deyib. Qərarın tezliklə qəbul edilməsi gözlənilirdi, lakin anlaşmazlağa görə yekun hökm bir qədər təxirə salınmışdı.

Gülşən